2024-cü ilin yanvar-fevral ayında pərakəndə ticarət şəbəkəsində 206,3 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-fevral aylarına nisbətən 1,9% azdır.
Bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 % faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlar sərf olunub.