Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,834 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 276 milyon 17,2% çoxdur. Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,558 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılmışdı.
Orta hesabla hər ay Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 305,6 milyon manat, hər gün isə orta hesabla 10,131 milyon manat xərcləyir.
Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6,2% təşkil edib. (Trend)