2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhali elektrik mallarına və mebellərə 2 milyard 493,5 milyon manat pul xərcləyib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 4,1% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9% faizi yuxarıda qeyd olunan malların alınmasına sərf olunub.