Bu ilin yanvar- mart aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 174,9 milyon manat vəsait xərclənib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.
Bu ilin 3 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15,1% toxuculuq məhsulları, geyim və ayaqqabılarının alınmasına sərf olunub.
Qeyd edək ki, cari ilin mart ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 774,6 manata bərabər olub.