2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 251,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-may aylarına nisbətən 5% çoxdur.
Bu ilin ilk beş ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,1% avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.