2020-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5 287 nəfər olmuşdur.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Onlardan 29.2 faizi tikintidə, 23.2 faizi mədənçıxarma sənayesində, 9.5 faizi emal sənayesində, 6.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.6 faizi təhsil və 20.6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.