2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 36095.9 ton duru bitki yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 8 534,2 ton və ya 19,1% azalıb.
Ötən ilin yanvar-noyabr aylarında 44 630,1 ton duru bitki yağları istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 3 849,2 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 1 298,3 ton, yəni 25,2% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 5 147,5 ton olub.