2024-cü ilin yanvar ayında əczaçılıq məhsullarının istehsalı sahəsində 2.4 milyon manatlıq dərman istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı hesabat dövründə 1,5 milyon manat 2.8 dəfə artıb.
Bu ilin ilk ayında 1 milyon 179.1 min ton dərman istehsal edilib ki, bu da illik müqayisədə 855 min ton və ya 3.6 dəfə artım deməkdir.
1 fevral 2024-cü il tarixinə isə hazır məhsul ehtiyatı 1 milyon 205,3 min təşkil edib ki, bu da ilik müqayisədə 861,2 min ton və ya 3,5 dəfə çoxdur.
Məlumat üçün qeyd edək ki, 2022-ci ilin yanvar-ayında 324,1 min ton dərman istehsal edilmişdi. Hazır məhsul ehtiyatı 1 fevral tarixinə 344,1 min ton təşkil edib.
İstehsal edilmiş əczaçılıq məhsularının ümumi dəyəri isə 0,9 milyon manat təşkil edib.