2020-ci ilin may ayında Azərbaycanda deflyasiya aprel ayında qeydə alınmış 0,1% səviyyəsində inflyasiyaya qarşı 0,5% təşkil edib.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 3% QALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“May ayında deflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb”, - deyə məlumatda bildirilir.
May ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,9% (aprel ayının sonuna 3%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,5%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 1% səviyyəsində olub.
Azərbaycan hökuməti 2020-ci il üçün orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır.