Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 5 524,86 min ABŞ dolları dəyərində 808,03 ton çay ixrac edib.
Eləcə də bax: Azərbaycanda premium çayın yığımına başlanılıb - 2 MİN MANATA SATILIR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,2% artıb, həcmi isə 1,9% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 059,28 min dollar dəyərində 8 402,88 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,5%, həcmi isə 14%-dək artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,58% təşkil edib.
Göründüyü kimi, cari ilin yeddi ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib. (Apa)