Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Eləcə də bax: Azərbaycanda ən yüksək və ən aşağı - MAAŞLAR OLAN SAHƏLƏR - MƏBLƏĞLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2020-ci ilin yanvar-iyun ayları ərzində 1 863,1 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 1 698,3 manat olub. Beləliklə, maliyyə və sığorta fəaliyyətində çalışanların əməkhaqlarında illik müqayisədə 164,8 manat və ya 10% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 797,4 manat olub, özəl sektorda isə bu göstərici 1 879,5 manat təşkil edib.
Onu da qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində maliyyə və sığorta fəaliyyətində çalışanların orta aylıq əməkhaqqısı 1 935,4 manat olub.