2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2.9% artaraq 724.1 manat təşkil edib.
Eləcə də bax: Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşı - ARTIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, əməkhaqqı neft-qaz sektorunda 3150.6 manat, qeyri neft-qaz sektorunda 675.4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 643 manat, özəl müəssisələrdə isə 819.9 manat olub.
2021-ci ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı
(manat)