2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı 14% artıb – MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 782,9 manat, özəl müəssisələrdə isə 886,4 manat olub.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta
göstəricidən yüksək olub. (Trend)