2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1699,1 ton alüminium çubuqlar, millər və profillər istehsal edilib.
Eləcə də bax: Xaricdən qızıl zinət əşyalarının idxalı - 21 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, alüminium çubuqlar, millər və profillərin istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə və ya 1309.4 ton artıb.
Qeyd edək ki, 2019-un yanvar-iyul aylarında 389,7 ton çubuq, mil və profil istehsal edilmişdi.
2020-ci ilin 1 avqust tarixinə görə, hazır məhsul ehtiyatı 250,8 tondur. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% və ya 95,2 ton çoxdur.