Ötən həftədən başlayaraq Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətindi ciddi artım baş verib.
Eləcə də bax: Azərbaycanda ət və ət məhsulları - Ucuzlaşıb
FED.az xəbər verir ki, bahalaşma əsas ərzaq məhsullarını əhatə edir və orta hesabala 10-20%, bəzi məhsullarda isə 30%-ə qədər dəyişir.
Bahalaşan malların sıyahısına «Azersun» şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).
«Azərsun», «Avrora» və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%).
Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%).
«Avrora» şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).
Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%)
Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).
Natural meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. FED.az xəbər verir ki, «Natura» və «Vita1000» markkalı meyvə şirələrinin qiyməti 1,34 manatdan 1,45 manata yüksəlib (bahalaşma 8%).
Hətta «Coca-Cola» içkisinin qiymətində də artım baş verib. Baxmayaraq ki, bir qədər əvvəl suyun qiymətinin artımı şirə istehsalçılarına şamil edilməmişdi. Beləliklə, 2 litrlik «Coca-Cola»nın qiyməti 1,4 manatdan 1,5 manata yüksəlib (bahalaşma 7%). Bununla yanaşı, «Coca-Cola»nın yerli istehsalçısı olan «Azərbaycan Coca-Cola Bottlers» MMC-dən FED.az-a bildirilib ki, içkinin qiymətində artım içməli suyun tariflərinə yenidən baxılması ilə bağlı Tarif Şurasının qərarından əvvəl, yanvarın sonunda baş verib.