2023-cü ilin yanvar ayında Azərbaycanda 2 518.8 ton duru bitki yağları istehsal edilib.
Azərbaycanda bahalaşan və ucuzlaşan - MƏHSULLAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi bildirir.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 46.3 faiz azalıb.
01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 6 253 ton təşkil edib.
Bu ilin yanvar ayında 4 547.7 ton marqarin istehsal edilib ki, bu da 12.7% azalma deməkdir. Fevralın 1-nə hazır məhsul ehtiyatı 7 957.6 ton olub.