2022-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat olub.
Azərbaycanda inflyasiya - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 5,5 % çoxdur.
Ötən il ölkədə mumun 1 kiloqramının orta satış qiyməti 11,4 % artaraq 14,7 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 1,4 % azalaraq 91 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 12,1 % artaraq 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 13,85 % azalaraq 5,6 manat təşkil edib. (Report)