Azərbaycanda araq və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.
Eləcə də bax: Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə - Ticarət Dövriyyəsi Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Araq, brendi (konyak) 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 2.4% bahalaşıb.
Tütün məmulatları isə 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 18.5% bahalaşıb.