2020-ci il ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilə nisbətən 8,8% azalaraq 2 032 min dekalitr təşkil edib.
Eləcə də bax: Azərbaycana xaricdən gətirilən məhsullar bahalaşıb, satılan məhsullar isə - Ucuzlaşıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkədə 332,3 min dekalitr üzüm şərabı istehsal edilib ki, bu da 2019-cu ilə nisbətdə 52,7% azdır.
İçki məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin istehsalı:
Məhsul növləri |
2020-ci ildə istehsal edilib |
Əvvəlki ilə nisbətən, % |
İçki məhsulları |
||
Araq, min dkl |
2032,0 |
-8,8 |
Brendi (konyak), min dkl |
26,8 |
7,6 |
Üzüm şərabı, min dkl |
332,3 |
-52,7 |
Pivə, min dkl |
5476,3 |
7,7 |
Alkoqolsuz içkilər, min dkl |
26 112,9 |
-2,7 |
(Apa)