2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 179,5 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ağ neftin istehsalı 7,3 % və ya 12,2 min ton artıb.
2022-ci ilin yanvar aprel-aylarında bu göstərici 167,3 min ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 28,3 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 53,8% yaxud 9,9 min ton çoxdur.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 18,4 min ton olub.