2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcminin tarixdə ilk dəfə 134 mlrd. manata ($78.7 mlrd.) çatması ardından adambaşına düşmədə də kəskin artım qeydə alınıb.
Azərbaycan adambaşına düşən ÜDM-ə görə dünyada - 93-CÜ OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Belə ki, adambaşına düşən ÜDM isə manatla tarixi maksimuma çatsa da, ABŞ dolları ilə ifadədə 2014-cü ildəki zirvədən hələ ki aşağıdır.
2022-ci ildə 13 292.2 manat adambaşına ÜDM təşkil edib və bu ABŞ valyutasına cari (1.7000) məzənnəsi ilə konvertasiyada $7 818.9-dur.
ABŞ dolları ilə ifadədə ötən il adambaşına düşən ÜDM $5 388 idi.
Qeyd edək ki, manatın hələ devalvasiyalar yaşamadığı 2014-cü il üzrə ölkənin adambaşına düşən ÜDM-i $7 891 idi. 2014-cü il bitərkən USD/AZN cütlüyünün məzənnəsi 0.78 səviyyəsində idi. 2015-ci ilin fevralındakı ilk devalvasiyadan sonra dollar/manat cütlüyü paritetə, daha 2015-ci ilin sonu isə 1.5000 səviyəsindən yuxarı qalxdı.