2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 89 min ton cüt corab istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 91,3 min cüt və ya 9,2% artıb.
Ötən ilin yanvar-aprel aylarında 997,7 min cüt corab istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır corab ehtiyatı isə 87,6 min cüt təşkil edib.
Hazır məhsul ehtiyatı 39,1 min cüt, yəni 80,6 % artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 48,5 min cüt olub,