Azərbaycanın xaricdən siqaret alışı kəskin azalıb.
Eləcə də bax: Nazirlər Kabinetinin qərarına bazar reaksiya verdi – SİQARETLƏR BAHALAŞDI - QİYMƏTLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 55.8 mln. ədəd siqaret idxal edib. Bu idxala $1 mln. 44.9 min valyuta sərf olunub. Bu göstəricilər ilə ötən ilin müvafiq dövrünün göstəriciləri arasında kəskin fərq var. Belə ki, hesabat dövründə xaricdən siqaret alışı miqdar ifadəsində 85.2%, dəyər ifadəsində isə 87.8% azalıb.