2021-ci ilin yanvar ayında Azərbaycanda 6 256,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az ÜDM istehsal olunub.
Eləcə də bax: Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti bu il - 2,1% Təşkil Edəcək
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2% azalıb, qeyri neft-qaz sektorunda isə 0,1% artıb.
“ÜDM istehsalının 40,6%-i sənaye, 10,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1%-i nəqliyyat və anbar təsərrüfatı, 4,9%-i tikinti, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib”, - məlumatda deyilir.
Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub. (Apa)