Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı artmaqdadır.
2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1715,8 min nəfərə çatıb.
Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi açıqlanıb - SİYAHI
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2,0 faiz artıqdır.
Dövlət Statistika Komitəsinin məumatına görə, ölkə üzrə işləyənlərin 901 min nəfəri dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Son bir illə, yəni 2022-ci ilin martın 1-nə olan vəziyyətlə müqayisədə dövlət sektorunda çalışanların sayı 1,5 min nəfər azalıb. Özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı isə 35,2 min nəfər artıb.
Təkcə son bir ayda, fevralda işləyənlərin sayında 3,7 min nəfər artım olub. Bu artım da bütünlüklə özəl sektorun hesabına baş verib.
Qeyd edək ki, hesabat dövründə muzdla işləyənlərin 19,4 %-i təhsil, 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,2 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.