Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 % çox vəsait yönəldilib.
Azərbaycanda orta aylıq nominal əməkhaqqı - 12%-Ə YAXIN ARTIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3 % artıb.
7 ay ərzində istifadə olunmuş vəsaitin 5 045 milyon manatı və yaxud 55,3 %-i məhsul istehsalı sahələrinə, 3 600,5 milyon manatı və yaxud 39,5 %-i xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 877,5 milyon manatını və yaxud 75,5 %-ni daxili vəsaitlər təşkil edib, 6 679 milyon manatı və yaxud 73,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 %, büdcə vəsaitləri 39,7 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 3,0 %, sair vəsaitlər isə 5,9 % paya malik olub. (Report)