2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb. qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 35,0 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 milyard 076,9 manata bərabər olub.