Bu ilin ilk 10 ayında Azərbaycan Gürcüstandan 16 milyon 497 min dollar dəyərində 160 min 223 baş diri qoyun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstandan diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 27 min dollar və ya 22,5%, miqdar ifadəsilə isə 20 min 134 baş, başqa sözlə 14,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan 13 milyon 470 min dollar dəyərində 140 min 89 baş diri qoyun idxal olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Gürcüstandan idxal edilən bir baş qoyunun orta idxal qiyməti 103 dollar (təxminən 175 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 96,2 dollar (təxminən 163 manat) idi. Bu da illik müqayisədə 6,8 dollar (12 manat) və ya 7,1% bahalaşma deməkdir.
Bu il Gürcüstan Azərbaycana idxal olunan bütün diri qoyunların sayca 55,5%-ni, dəyərcə isə 52,5%-ni təmin edərək əsas tədarükçü mövqeyini qoruyub.










