Bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 44,4 min ton ət, 159,2 min ton süd, 157,0 milyon ədəd yumurta istehsal edilib.
Eləcə də bax: Toyuq əti də - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,4%, yumurta istehsalı isə 2,7% artıb.