"Azərbaycanın ərzaq balansları" statistik məcmuəsi nəşr olunub.
Azərbaycanda əhali ildə adambaşına 8 kiloqram balıq yeyir
FED.az xəbər verir ki, Statistik məcmuədə bitkiçilik məhsullarının, heyvandarlıq məhsullarının və sənaye emalından keçmiş ərzaq məhsullarının ehtiyatları və istifadəsi, özünütəminetmə səviyyəsi, adambaşına istehlakına dair məlumatlar verilib.
Məcmuədə özünütəminetmə səviyyəsi barədə məlumatlar da yer alıb. Belə ki, Azərbaycan hələ də yerli istehsal hesabına buğda, arpa, qarğıdalı, mal əti, qoyun əti, quş əti, bu ətlərdən hazırlanana məhsullar, süd və süd məhsulları, balıq və balıq məhsulları ilə özünü 100 faiz təmin edə bilmir.
Azərbaycan meyvə-tərəzə və yumurtaya olan təlabatını 100% yerli istehsal hesabına ödəyə bilir.
Ölkəmiz mineral və qazlı sular, meyvə-tərəvəz şirləri və duz xaric sənaye emalından keçmiş ərzaq məhsulları üzrə də özünü 100% təmin edə bilmir.
"Azərbaycanın ərzaq balansları" statistik məcmuəsi ilə ətraflı buradan tanış ola bilərsiniz.