Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 62,913 mln. manat dəyərində qənd alıb.
Eləcə də bax: Azərbaycan əhalisi şərab istehlakını - Azaldıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.
Qeyd edək ki, təkcə cari ilin II rübündə əhali qəndə 33,066 mln. manat xərcləyib. Bu, illik müqayisədə 16,6%, rüblük müqayisədə isə 10,8% çoxdur. (Apa)