Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı içkilər və tütün məmulatlarından əldə etdiyi gəlir 196,7 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan əhalisinin içki və siqaret xərcləri son 6 ilin maksimumuna çatıb - QRAFİK
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,8%-i ərzaq, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2 168,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 0,5% artım deməkdir. (Apa)