Gənclərin əksəriyyəti İnternet üzərindən alış-veriş edib.
Eləcə də bax: Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox - Pul Xərcləyib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Business İnsight” şirkəti araşdırma aparıb.
“Siz indiyə kimi bir dəfə də olsa İnternet üzərindən onlayn alış-veriş etdinizmi?” (Buraya kommunal ödənişlər, balans artırma, və s. xidmətlər də daxildir) sorğusuna ümumi Azərbaycan üzrə 25.2% “xeyr”, 74.8% isə “bəli” olaraq cavablayıb.
Onlayn alışlarda 20-25 arası gənclər 15-19 yaş arasında olanları, kişilər qadınları, bakılılar isə region gənclərini qabaqlayır. Onu da qeyd edək ki, gənclər arasında ayda 2-3 dəfəki alışlar çoxluq təşkil edir.
Nağd ödəniş onlayn alış etməyən gənclər arasında daha rasional hesab edilir. “Bir məhsulu onlayn almaqda sizə nə mane olur?” sorğusuna 43.5% “marağım yoxdur/nağd almağa üstünlük verirəm”, 14.5% isə “güvənmirəm/etibar etmirəm” deyə cavab verib.