Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 54,591 mln. manat dəyərində çörək məhsulları alıb.
Eləcə də bax: Azərbaycan əhalisi 7 ayda araq almağa - 46 Mln. Manat Xərcləyib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% çoxdur.
Qeyd edək ki, təkcə cari ilin II rübündə əhali pərakəndə ticarət şəbəkəsində 28,321 mln. manatlıq çörək məhsulları istehlak edib ki, bu da illik müqayisədə 16,7%, rüblük müqayisədə isə 7,8% çoxdur. (Apa)