Bu ilin yanvar-aprel aylarında Azərbaycan 159,6 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9 milyon ABŞ dolları (29 %) çoxdur.
Dörd ay ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 451 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 97 min ABŞ dolları (27,4 %) çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,52 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.(report)