2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 493,21 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23,1% çoxdur.
Türkiyənin Azərbaycana geyim ixracının həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $145 milyon 565,1 min (artım 1,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-iyun aylarında aldığı buğdanın qiyməti bir ton üçün $295,1 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $74 milyon 582,8 min dəyərində (artım 3,2%) 122,291 min ton şəkər xammalı və şəkər (azalma 8,5%), $70 milyon 113,9 min dəyərində (azalma 35.9%) 54,83 min ton bitki yağı (azalma 17,9%), $32 milyon 759,2 min dəyərində (azalma 7,3%) 6,159 min ton çay (azalma 13,8%), $47 milyon 19,2 min dəyərində (azalma 23,2%) 8,501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 21,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $13 milyon 310 min dəyərində (artım 2,4 dəfə) 3,259 min ton iribuynuzlu heyvan əti (artm 2,6 dəfə), $23 milyon 317,4 min dəyərində (azalma 5,9%) 15,868 min ton quş əti və quş əti məhsulları (azalma 4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $70 milyon 747,4 min dəyərində (azalma 5,2%) 70,109 min ton meyvə (azalma 12%), $11 milyon 854,8 min dəyərində (azalma 5,1%) 20,07 min ton tərəvəz (azalma 3,8%), $25 milyon 880,2 min dəyərində (azalma 15,2%) 87,09 min ton kartof (azalma 21,1%) idxal edilib.
Yanvar-iyun aylarında ölkədən $134 milyon 365,8 min dəyərində (azalma 1,5%) 137,729 min ton tərəvəz (artım 15,4%), $177 milyon 282,6 min dəyərində (artım 16,5%) 131,068 min ton meyvə (artım 25,8%), $30 milyon 983,6 min dəyərində (artım 11,6%) 71,028 ton kartof (azalma 9,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $14 milyon 753,1 min dəyərində (artım 53,2%) 20,265 min ton şəkər (artım 35,8%), $2 milyon 386,7 min dəyərində (azalma 75,6%) 1 min 71,2 ton bitki yağı (azalma 80,6%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $9 milyon 294,6 min dəyərində (artım 34,2%) 7,665 min ton meyvə və tərəvəz şirələri (artım 36,7%), $3 milyon 582,7 min dəyərində (artım 2,7 dəfə) 178,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2 dəfə), $6 milyon 922,3 min dəyərində (artım 86,3%) 4,854 min ton meyvə və tərəvəz konservləri (artım 61,7%), $2 milyon 786 min dəyərində (azalma 73,7%) 1,254 ton tütün (azalma 59,2%), $3 milyon 18 min dəyərində (azalma 51,3%) 334,7 ton çay (azalma 69,1%) ixrac edib. (İnterfaks-Azərbaycan)