Dövlət Statistika Komitəsi (DSK) yanvar ayı üzrə istehlak qiymətləri indeksini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ay qeyri-ərzaq mallarının qiymətində ümumilikdə 0,3% artım olub.
Eləcə də bax: Yanvarda ən vacib - ƏRZAQLAR BAHALAŞIB – SİYAHI
Belə ki, yanvarda ötən ilin dekabr ayına nisbətən
parçaların,
geyimin,
xalça və digər döşəmə örtüklərinin,
mebel və ev əşyalarının,
minik avtomobilləri üçün ehtiyat hissələrinin,
divar kağızlarının,
boyaların,
kəsilmiş taxtanın qiymətlərində bahalaşma olub.
Əvəzində ötən ay
paltaryuyan maşınların,
kondisionerlərin,
mobil telefonların,
fotoaparatların,
fərdi kompüterlərin qiymətlərində ucuzlaşma baş verib.
Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişiklik olmayıb.