2023-cü ilin yanvar-may aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 1,623 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.
Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını - 10% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarında bildirilir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 68,506 milyon avro (ildən ilə artım 8,7%) təşkil edib.
Mayda Aİ ölkələri Azərbaycana 10,541 milyon avro dəyərində (ildən ilə artım 0,3%) əczaçılıq məhsulları ixrac edib. Hesabat dövründə ən iri ixracatçıların üçlüyünə Almaniya (2,809 milyon avro, azalma 33,6%), Macarıstan (2,809 milyon avro, artım 83,6%) və Litva (1,25 milyon avro, artım 10,4 dəfə) təşkil edib.
Yanvar-may aylarında Almaniya Azərbaycana 19,226 milyon avro, Macarıstan 15,856 milyon avro, Litva 3,168 milyon avro dəyərində əczaçılıq məhsulları ixrac edib.
2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,640 milyon avro dəyərində (artım 1,4%) 3,458 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,8%) ixrac edib. (İnterfaks-Azərbaycan)