2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana ətir və tualet suyu idxalı 2022-ci ilin 9 ayı ilə müqayisədə miqdar ifadəsində 38,4%, dəyər ifadəsində 29,7% artıb.
Azərbaycanın xaricə satdığı meşə fındığı -16%-DƏN ÇOX BAHALAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 232,61 ton, dəyəri $21 milyon 622,77 min təşkil edib.
Fransa 2022-ci ildə olduğu kimi sözügedən məhsulları Azərbaycana ixrac edən ölkələr arasında lider olub. Bu ölkədən $7 milyon 271,67 min dəyərində (artım 16,5%) 73,92 ton ətir və tualet suyu (artım 6,5%) idxal edilib.
Azərbaycana ətir və tualet suyu ixrac edən ölkələrin ilk üçlüyündə (tədarük dəyərinə görə - İF) BƏƏ ($2 milyon 844,29 min dəyərində 273,55 ton) və Çin ($2 milyon 81,24 min dəyərində 455,8 ton) də yer alıb.
İtaliyadan $1 milyon 963,89 min dəyərində 29,78 ton, İspaniyadan $1 milyon 801,02 min dəyərində 32,73 ton, Rusiyadan $1 milyon 505,59 min dəyərində 135,44 ton, Polşadan $1 milyon 235,16 min dəyərində 71,07 ton, Türkiyədən $1 milyon 234,72 min dəyərində 131,52 ton, Böyük Britaniyadan isə $806,19 min dəyərində 5,22 ton ətir və tualet suyu idxal edilib.
2022-ci ildə Azərbaycana gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 362,09 ton (+6,4%), dəyəri $26 milyon 511,89 min (+15,6%) təşkil edib. (İnterfaks-Azərbaycan)