2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycandan pomidor ixracı 166 milyon dolları keçib.
Eləcə də bax: Azərbaycanın pomidor ixracçıları - $149 MİLYON QAZANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 166 milyon 546 min dollarlıq 153 529 ton pomidor ixrac olunub.
Ötən ilin müvafiq dövründə isə 141 milyon 209 min dollarlıq 132 797 ton pomidor ixrac olunmuşdur. Belə ki, Azərbaycandan pomidor ixracı miqdar ifadəsində 16%, dəyər ifadəsində isə 18% artıb.