2023-cü ilin yanvar-aprel aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 1,259 min ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azdır.
Resept əsasında xaricdən şəxsi istifadə üçün - Maneəsiz Dərman Gətiriləcək
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 57,965 milyon avro (artım 10,4%) təşkil edib.
Apreldə Aİ ölkələri Azərbaycana 12,821 milyon avro dəyərində (azalma 4,3%) əczaçılıq məhsulları ixrac edib. Hesabat dövründə ən iri ixracatçıların üçlüyünə Almaniya (4,07 milyon avro, artım 43,8%), Macarıstan (3,239 milyon avro, azalma 7,9%) və Sloveniya (1,561 milyon avro, artım 7,4%) təşkil edib.
Yanvar-aprel aylarında Almaniya Azərbaycana 17 milyon avro, Macarıstan 13,047 milyon avro, Sloveniya 7,517 milyon avro dəyərində əczaçılıq məhsulları ixrac edib.
2022-ci ildə Aİ ölkələri Azərbaycana 137,640 milyon avro dəyərində (artım 1,4%) 3,458 min ton əczaçılıq məhsulları (2021-ci illə müqayisədə artım 31,8%) ixrac edib. (İnterfaks-Azərbaycan)