Azərbaycan 2023-cü ildə 35,599 min ton təzə albalı və gilas ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 21,2% çoxdur.
2023-cü ildə Azərbaycan alma ixracından gəliri 10% artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxracdan əldə olunan gəlir $44 milyon 555 min (аrtım 7%) həcmində qiymətləndirilir.
Əsas ixrac Rusiyanın payına düşüb. Xüsusilə, 2023-cü ildə Rusiya Federasiyasına $44 milyon 135,61 min (artım 6,3%) məbləğində 35,255 min ton (artım 21,4%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan bütün albalı və gilas ixracının 99%-i Rusiyanın paylna düşüb.
Azərbaycan 2022-ci ildə $41 milyon 638,61 min dəyərində 29,203 min ton albalı və gilas ixrac edib. (İnterfaks-Azərbaycan)