2020-ci ilin 11 ayı ərzində Azərbaycandan 190 milyon 390 min dollar dəyərində 175 min 978 ton pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycan Rusiyaya 152 min tondan çox pomidor - İxrac Edib
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında pomidor ixracı dəyər ifadəsi ilə 14,2%, miqdar ifadəsi ilə 13,3 % artıb. Xatırladaq ki, 2019-cu ilin 11 ayında Azərbaycandan 166 milyon 685 min dollar dəyərində 155 min 365 ton pomidor ixrac edilmişdi.
Pomidor ixracının böyük hissəsi yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
2019-cu ilin 12 ayı ərzində Azərbaycandan 174 min 548 ton pomidor ixrac edilərək 189 milyon 292 min dollar valyuta gəliri əldə edilmişdi. Beləliklə, bu ilin 11 ayında pomidor ixracından əldə edilmiş valyutanın məbləği ötən ilki məbləği keçib. Azərbaycandan ən çox pomidor Rusiyaya göndərilir.
Dekabr ayının 10-dan Rusiya Azərbaycandan pomidor idxalını məhdudlaşıdırmış, sonradan bir sıra şirkətlərə icazə vermişdir. (Marja)
FED.az" src="https://fed.az/upload/news/447905.jpg" />