Ötən ay Azərbaycan restoranlarında təqribən 100 milyon manat xərclənib.
Eləcə də bax: Azərbaycanda oktyabrda ərzaq - 3% BAHALAŞIB
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı ictimai iaşə (kafe restoran) dövriyyəsi 727 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə 122 milyon manat və ya təqribən 16% yüksəkdir.
Təkcə oktyabr ayında restoran və kafelərin dövriyyəsi 96 milyon manat təşkil edib. Ötən ilin oktyabrında bu rəqəm 76 milyon manat olub.