Yemək çatdırılmaı biznesində böyük müqavilə bağlanılıb.
FED.az xəbər verir ki, «Uber» sərnişin daşıma və çatdırma şirkəti Türkiyənin «Getir» startapının qida biznesini almaq üçün razılığa gəlib.
Hazırda «Gətir»in səhmlərinin əsas hissəsi ərəblərdədir – ona Birləşmiş Ərəb Əmirliklərinin «Mubadala» şirkəti nəzarət edir. İndi isə şirkət «Uber»ə satılır, tərəflər razılaşıblar və hazırda Türkiyə rəsmilərinin razılığını gözləyirlər.
«Getir Food»un satışı Abu Dabinin 330 milyard dollarlıq suveren fondu olan «Mubadala»nın Türkiyədən çıxmasında daha bir addım olacaq. Əvəzində «Uber Technologies»in qida çatdırılması proqramı olan «Uber Eats»in yerli bazar payını genişləndirəcək.
Hələlik satış qiyməti açıqlanmır, çünki Türkiyə hökumətinin razılığı olmasa alqı-satqı baş tutmayacaq.
Xatırladaq ki, keçən ay «Mubadala» fondu «Gətir»in digər hissəsini - avtomobil icarəsi biznesi olan «Getir Arac»ı Türkiyədə yerləşən «Tiktak» şirkətinə satıb.
"Uber" isə may ayında "Trendyol GO"nun 85%-ni 700 milyon dollara almaq barədə "Trendyol Qrup"u ilə razılığa gəlmişdir.










