Moskvada artıq yeməklərin satışı üzrə yeni servis «Eatme» işə düşüb. FED.az xəbər verir ki, yeni servis restoran və çörək sexlərində gün ərzində satılmayan yeməkləri almağa imkan verir.
Layihə müəllifləri onu biznesdən çox ekologji təşəbbüs adlandırırlar, hansı ki, əsas məqsədi qida tullantıları ilə mübarizə aparmaqdır. Servis istifadəçilərə imkan verir ki, kafe və çörək sexlərinin gün ərzində sata bilmədikləri məhsulları ala bilsinlər. Peterburqda bu xidmət daha tez – bu ilin mayından işə düşüb. Layihənin təşkilatçıları bildirir ki, onlar artıq indiyədək 565 kiloqram qidanı xilas edə biliblər.
Servisin təsisçiləri bildirir ki, hər bir restoran gün ərzində hazırladığı yeməyin orta hesabla 15–20%-ni sata bilməyib atmalı olur. «Eatme»nin təsisçiləri bildirir ki, yeni servis bu göstəricini azaltmağa imkan verəcək. Ümumiyytlə restoranlarda tullantısız fəaliyyət trendi başlayıb, getdikcə güclənməkdədir.
Peterburqda bu layihəyə artıq 120 restoran qoşulub, Moskvada onların sayı hələlik 10-dur.
«Eatme» mobil tətbiqi istifadəçilərə göstərir ki, şəhərdə hansı restoran yeməyi güzəştlə satmağa hazırdır. Restoran və kafelər qidalar haqqında məlumatı açıqlayır və göstərirlər ki, onları nə vaxt götürmək olar. Sifarişlər onlayn şəkildə, bank kartı ilə ödənilir.