Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

"Azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar"

"Azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar" | FED.az
09:05 3 Fev 2022

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə  həsr olunmuş Gənclər Forumunda iştirak edib. Marja xəbər verir ki, Prezident tədbirdə gənclərin suallarını cavablandırıb.

Eləcə də bax: Prezident Gənclər Forumunda - İŞTİRAK EDİB

FED.az xəbər verir ki, İlham Əliyev tələbə Güllü Hüseynlinin, “Mən də öz növbəmdə biz gənclərə diqqət ayırdığınız və bizə belə bir fürsət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Mən Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsiyəm, həm də startapçıyam və gənc sahibkar olmaq istəyirəm. Elə sualım da bununla bağlı olacaq. Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz? Sualına belə cavab verib:

“Sağ olun, siz tamamilə haqlısınız, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq. Məncə artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi Forumu, - bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur - istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün. Nə üçün? Birinci ona görə ki, bizə inam var. İkinci ona görə ki, Azərbaycan sabit ölkədir və Davos Forumunun hesabatlarında - onlar hər il dərc edilir - Azərbaycan bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin islahatlara meyilliliyi indeksinə görə biz birinci onluqdayıq. Təsəvvür edin, dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur.

Əlbəttə ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Biz onu da bilməliyik ki, ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, bizdə isə artır. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir. Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı iş yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündür və o da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni, intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır.

Amma prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və bir addım arxada olmalıyıq, texnologiyaları icad edənlərdən bir addım geridə. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni yaradıla biləcək peşələr yaranmaqdadır. Burada mərkəzin olması bizə, yenə də deyirəm, imkan verəcək ki, biz öz iqtisadi siyasətimizi planlaşdıraq, dövlət tərəfindən yeni işlərin yaradılmasına stimul verək, təkan verək, insanların peşə profilini dəyişdirək. Bu da çox böyük zəhmət və bilik tələb edən sahədir. Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də deyirəm, dövlət qurumları tərəfindən çox ciddi iş aparılmalıdır. İlk növbədə, Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər. İqtisadiyyat Nazirliyi, çünki İqtisadiyyat Nazirliyinin əlində olan alətlərlə biz müxtəlif sahələri inkişaf etdirə bilərik, stimullaşdıra bilərik. Bu, elə bir genişmiqyaslı işdir ki, hökumət bütövlükdə, bütün hökumət üzvləri burada fəal olmalıdırlar ki, biz geridə qalmayaq”.

Banner
Banner
  • prezident
  • forum
  • Azərbaycanlı
  • gənclər
  • startaplar
  • firma
Paylaş

Digər xəbərlər

Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Startaplar 22 Noy 2023
Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
Startaplar 27 Okt 2023
Daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib - ADLARI
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startaplar 26 Okt 2023
“Caucasus Ventures” fondu 6 startapa - 300 MİN DOLLAR AYIRIB
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
Startaplar 18 Okt 2023
Startapın tutub-tutmayacağını necə bilmək olar? – İLON MASKDAN 3 SADƏ QAYDA
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Startaplar 11 Okt 2023
200 milyon dollarlıq startap müflis oldu - İNVESTORLARIN PULU BATDI
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Startaplar 14 Sen 2023
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 13 Sen 2023
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Startaplar 18 Avq 2023
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 7 Avq 2023
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycanda I yarımildə 13 KOB subyektinə -  “Startap” Şəhadətnaməsi Verilib
Startaplar 3 Avq 2023
Azərbaycanda I yarımildə 13 KOB subyektinə - “Startap” Şəhadətnaməsi Verilib
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Startaplar 3 Avq 2023
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Startaplar 21 İyul 2023
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Cəlilabad Aqrotexservis” ASC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:42 6 Dek 2023
  • “Azərbaycan Dəmir Yolları"nın 4,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
    08:34 6 Dek 2023
  • AZƏRTAC-ın Fransaya ezam edilmiş əməkdaşı - ÖLKƏDƏN ÇIXARILIB - BƏYANAT
    00:46 6 Dek 2023
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    21:31 5 Dek 2023
  • "Bank Avrasiya" işçi axtarır - VAKANSİYA
    21:16 5 Dek 2023
  • "Ram Holding" işçi axtarır - MAAŞ 970-1108 MANAT - VAKANSİYA
    21:15 5 Dek 2023
  • "Bank BTB" işçlər axtarır - VAKANSİYALAR
    20:58 5 Dek 2023
  • "Premium Bank" işçi axtarır - VAKANSİYA
    20:56 5 Dek 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    20:54 5 Dek 2023
  • "PMD Group" işçi axtarır - VAKANSİYA
    20:52 5 Dek 2023
  • "Zirinc MMC" işçi axtarır - MAAŞ 700-1200 MANAT - VAKANSİYA
    20:48 5 Dek 2023
  • "Optimal Finance BOKT" problemli kreditləri toplamaq üçün işçilər axtarır - MAAŞ 700 MANAT - VAKANSİYALAR
    20:44 5 Dek 2023
  • "AZ Logistika" işçi axtarır - MKAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:42 5 Dek 2023
  • Azərbaycan Dəmir Yolları işçi axtarır - VAKANSİYA
    20:40 5 Dek 2023
  • "Improtex Industries" işçi axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYA
    20:29 5 Dek 2023
  • "Azercell" öz bahalı nömrələrini - FAİZSİZ KREDİTLƏ SATACAQ - YENİLİK
    19:11 5 Dek 2023
  • “Apple” şirkəti iPhone istehsalını - DAYANDIRDI
    18:30 5 Dek 2023
  • Azərbaycandan Avropaya gedən 200-dən çox şəxs - GERİ QAYTARILIB
    18:24 5 Dek 2023
  • Bakıda Azərbaycan-Türkiyə investisiya forumu - KEÇİRİLƏCƏK
    18:14 5 Dek 2023
  • Dərmanların ekspertiza tarifləri - AZALDILIB
    18:07 5 Dek 2023
  • Qarabağda damüstü günəş enerjisi sistemi quraşdırılması üzrə tələblər - TƏSDİQLƏNDİ
    17:56 5 Dek 2023
  • Start qiyməti 1530 manat olan “Hyundai Getz” avtomobili - 10 MİN MANATA SATILDI - SİYAHI
    17:45 5 Dek 2023
  • “Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
    17:37 5 Dek 2023
  • Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə - HÖKM OXUNDU
    17:34 5 Dek 2023
  • Ekspert: Dərmanların ekspertiza tariflərinin azaldılması bazarda rəqabəti artıracaq
    17:27 5 Dek 2023
  • "Baku Design Academy" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:27 5 Dek 2023
  • O’Braynın Bakıda nəyi müzakirə edəcəyi - MƏLUM OLDU
    17:22 5 Dek 2023
  • “Uşaq Aləmi” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    17:20 5 Dek 2023
  • Dövlət Miqrasiya Xidməti elan etdiyi tenderə yekun vurdu – QALİB ŞİRKƏT
    17:18 5 Dek 2023
  • “Mega Textil” MMC bu qurumun 3 tenderini uddu – MƏBLƏĞLƏR
    17:10 5 Dek 2023
  • Elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb - FOTOLAR
    17:06 5 Dek 2023
  • "İnternational" BOKT barəsində - MƏHKƏMƏ İDDİASI QALDIRILDI
    17:05 5 Dek 2023
  • Dövlət qurumu təmir işlərinə - 260 MİN XƏRC ÇƏKƏCƏK
    17:02 5 Dek 2023
  • Bağdadda Azərbaycan-İraq biznes-forumu - KEÇİRİLƏCƏK
    16:55 5 Dek 2023
  • Azərbaycanda toyuq əti və budu 2-3% bahalaşıb, file 11% ucuzlaşıb - QİYMƏTLƏR
    16:54 5 Dek 2023
  • Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilən müəssisələrin sayı - ARTIRILIB
    16:50 5 Dek 2023
  • Mərkəzi Bankın səlahiyyəti - ARTIRILIR
    16:40 5 Dek 2023
  • Dövlət qurumu televiziya verilişini hazırladır – TENDER NƏTİCƏSİ
    16:34 5 Dek 2023
  • Sumqayıt Bələdiyyəsi "Mirxəlil-F" MTK-nı - MƏHKƏMƏYƏ VERDİ
    16:33 5 Dek 2023
  • Naxçıvanda ötən ay 876 daşınmaz əmlak obyekti - Dövlət Qeydiyyatına Alınıb
    16:26 5 Dek 2023
  • DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi – TƏKLİFLƏR SORĞUSU KEÇİRİR
    16:26 5 Dek 2023
  • Bayramovla Lavrovun müzakirə etdiyi mövzular - AÇIQLANDI
    16:21 5 Dek 2023
  • Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı - YARADILIB
    16:16 5 Dek 2023
  • Dövlət qurumu 25 ədəd avtomobil alır – TƏKLİFLƏR SORĞUSU
    16:15 5 Dek 2023
  • Neft Daşlarında dalğanın hündürlüyü 2,5 metrə çatıb - FAKTİKİ HAVA
    16:12 5 Dek 2023
  • Dövlət qurumunun 243 minlik tenderini – BU ŞİRKƏT UDDU
    16:08 5 Dek 2023
  • Dövlət qurumu 3 milyon ədəd SMS xidməti alır - TƏKLİFƏR SORĞUSU
    16:04 5 Dek 2023
  • Azərbaycanda mal əti 10-12% bahalaşıb - RƏQƏMLƏR
    15:57 5 Dek 2023
  • Dövlət qurumu İKT avadanlıqlarına və ehtiyat hissələrinə - 211 MİN SƏRF EDƏCƏK
    15:56 5 Dek 2023
  • Dövlət qurumunun 1,6 milyonluq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
    15:50 5 Dek 2023
  • Azərbaycanda otel şirkəti auditdən yayınmağa görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:43 5 Dek 2023
  • Tarif Şurası 158 dərmanın qiymətinin yuxarı həddini - TƏSDİQLƏYİB
    15:31 5 Dek 2023
  • Dövlət qurumu katric, təsərrüfat və elektrik malları alır – TƏKLİFLƏR SORĞUSU
    15:27 5 Dek 2023
  • Azərbaycanda 6 milyard dollarlıq layihə üzrə ilk hasilat quyusunun qazılmasına başlandı
    15:24 5 Dek 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi – TENDER KEÇİRİR
    15:13 5 Dek 2023
  • Bakı Dövlət Layihə İnstitutu 1,6 milyonluq tenderi – UDDU
    15:13 5 Dek 2023
  • Kapital Bank-ın “Data panel” tədbirinə - QEYDİYYAT BAŞLANDI
    15:03 5 Dek 2023
  • “GoldenPay”in İdarə Heyətinə sədr - TƏYİN EDİLDİ
    14:57 5 Dek 2023
  • “Sibirskoye Zdorovye Baku” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    14:56 5 Dek 2023
  • Azərbaycanda orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq
    14:52 5 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.00▼-0.50% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.88▲0.15% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 5.60▼-0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73