Azərbaycan startapları ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
Rəşad Xalıqov qeyd edib ki, ötən il keçirilən INMerge İnnovasiya samiti çərçivəsində 10 oktyabr 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi TRENDYOL Qrup şirkəti, Azərbaycan İnvestisiya Şirkəti və Paşa Holdinq arasında INMerge vençur Fondunun yaradılması haqqında anlaşma memorandumu imzalandı. Bu yeni fondun idarə olunan aktivləri adı çəkilən qurumların hər birinin 1 milyon ABŞ dolları həcmində vəsaiti ilə formalaşmaqla, 4 milyon ABŞ dolları olması barədə razılıq əldə edilmişdir.
O qeyd edib ki, startap üçün digər maliyyə əlçatanlığı mexanizmi akselerasiya və inkubasiya proqramları, o cümlədən akdonlardır son dövrdə ölkəmizdə həyata keçirilən akselerasiya və inkubasiya proqramları, eləcə də müxtəlif akadonlar çərçivəsində startaplarımız ümumilikdə 1,3 milyon ABŞ dolları həcmində investisiya cəlb etməyə müvəffəq olublar. Bu investisiyaların əhəmiyyətli bir hissəsi təxminən 1 milyon ABŞ dolları "StartUp Guys Wise" kimi tanınmış beynəlxalq akselerasiya platforması tərəfindən təmin edilib. Belə beynəlxalq investisiyaların cəlbi ölkəmizdə startap ekosisteminin qlobal səviyyədə tanınmasına və rəqabət qabiliyyətinin artmasına təkan verir.