İT həlləri, elektron ticarət, kənd təsərrüfatı və logistika sahələri uğurlu startapların ən çox cəmləşdiyi istiqamətlər hesab olunur, çünki bu sahələr birbaşa bazar tələbinə cavab verir, gündəlik həyatda geniş tətbiq olunur və sürətli miqyaslanma imkanı yaradır.
Daha 3 şirkətə “Startap” şəhadətnaməsi verildi - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
"Məsələn, elektron ticarət onlayn alış-verişin sürətlə artan tendensiyasına uyğunlaşır, aqrar texnologiyalar isə kənd təsərrüfatının inkişafı kimi ölkənin iqtisadi prioritetlərinə xidmət edir. Beləliklə, innovativ layihələr həm yerli, həm də beynəlxalq bazarda rəqabət üstünlüyü qazanmaqla Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir", - məlumatda deyilir.
KOBİA-dan bildirilib ki, Azərbaycanda "Startap" şəhadətnaməsi almış sahibkarların fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Onların dövriyyəsi artıb, daha əvvəl mövcud olmayan innovativ məhsul və xidmətlər bazara çıxarılıb.
"Beynəlxalq təcrübə göstərir ki, dövlətin bir uğurlu startap layihəsinə yatırdığı hər 1 ABŞ dolları orta hesabla 5 000 ABŞ dollarına qədər gəlir gətirə bilər. Bu fakt startapların iqtisadi artım və diversifikasiya üçün mühüm alət olduğunu bir daha təsdiqləyir.
Startapların əsas üstünlüklərindən biri sürətlə böyümə qabiliyyətidir. Dünyada aparılan müşahidələr göstərir ki, orta hesabla hər bir uğurlu startap ildə 100-200 % artım nümayiş etdirir", - məlumatda deyilir.
KOBİA hesab edir ki, bu tendensiya Azərbaycanda da qeyri-neft sektorunun inkişafına ciddi təkan verə bilər.
Agentliyin məlumatında həmçinin vurğulanır ki, dövlət dəstəyi və vergi güzəştləri sayəsində startapların davamlılığı təmin olunur. Onlar kənd təsərrüfatı, təhsil, maliyyə texnologiyaları və xidmət sektorunda yeni imkanlar yaradaraq həm daxili bazarda rəqabəti gücləndirir, həm də ixrac potensialını artırır.
Beynəlxalq tərcübəyə əsasən orta hesabla dövlətin bir uğurlu startap layihəsinə xərclədiyi 1 ABŞ dolları 5000 ABŞ dollarına qədər vəsait gətirə bilər.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, "Startap" şəhadətnaməsi almış sahibkarların dövriyyəsində artım qeydə alınıb, onlar əvvəllər mövcud olmayan innovativ xidmət və məhsulları bazara təqdim ediblər. Startapları fərqləndirən cəhətlərdən biri onların sürətlə böyüməsidir. Beynəlxalq təcrübə göstərir ki, sıradan bir startap orta hesabla ildə 100-200 % artım göstərir.
"KOBİA-nın dəstəklədiyi startaplar ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər. Onlar innovativ yanaşmaları ilə kənd təsərrüfatı, təhsil, maliyyə texnologiyaları, xidmət və digər sahələrdə yeni imkanlar yaradır. Bu startaplar həm yerli bazarda rəqabəti gücləndirərək, həm də ixrac potensialını artıraraq ölkəyə əlavə gəlir gətirmək potensialına malikdir. Eyni zamanda, vergi güzəştləri və dövlət dəstəyi sayəsində bu layihələrin davamlılığı təmin olunur. Ümumilikdə, startapların inkişafı iqtisadiyyatın daha çox şaxələndirilməsinə və qeyri-neft sektorunun daha da güclənməsinə töhfə verir",-deyə məlumatda qeyd edilib.
Məlumatda vurğulanır ki, uğur qazanma ehtimalı daha yüksək olan startaplar əsasən İT həlləri, elektron ticarət, kənd təsərrüfatı və logistika sahələridir: "Çünki bu istiqamətlər birbaşa bazar tələbinə cavab verir, gündəlik həyatda geniş istifadə olunur və tətbiqi imkanları daha sürətlidir. Məsələn, elektron ticarət sürətlə artan onlayn alış-veriş tendensiyası ilə uyğunlaşır, aqrar texnologiyalar isə ölkənin iqtisadi prioritetlərindən biri olan kənd təsərrüfatının inkişafına xidmət edir. Bu kimi layihələr həm yerli, həm də beynəlxalq bazarda real rəqabət üstünlüyü qazana bilir". (Report)