Qazaxıstanın paytaxtı Astanada təşkil edilmiş "Online Astana Finance Days 2020: Dəyişən dünyada maliyyə" onlayn tədbiriri çərçivəsində İslam Maliyyəsi Peşəkarları Assosiasiyasının təşəbbüsü iləç «MDB ölkələrində halal fentex-startapların çağırışları və imkanları» mövzusunda panel müzakirələr aparılır.
FED.az xəbər verir ki, müzakirələrdə MDB ölkələrində halal böiznes və islam maliyyəsi sahəsində qurnulan startaplar və onların təsisçiləri tərəfindən faydalı məlumatlar veriləcək.
İslam biznesi və maliyyəsində uğurlu startapı necə qurmaq olar? İslam fintexində hansı problemlər var? Sessiyanın iştirakçıları bu və digər suallara biznes peşəkarlarının cavablarını ala biləcəklər.
Sessiyanın moderatoru İslam Maliyyəsi Peşəkarları Sssosiasiyasının sədri, xanım Kuralay Eldesbaydır.
Sessiya çərçivəsində MDB ölkələrində aşağıdakı peşəkarların çıxışı gözlənilir:
✔ İlqar Mehti - "EKVITA" konsaltinq şirkətinin təsisçisi və direktoru (Azərbaycan);
✔ Sarxan Bayramov – Rəqəmsal iqtisadiyyat və Blokçeyn texnologiyanın inkişafına dəstək Assosiasiyasının prezidenti (Rusiya);
✔ Talant Kerimbayev – «Bakay Bank»ın İslam Maliyyəsi Mərkəzinin idarəçim direktoru (Qırğızıstan);
✔ Rustam Rahmatov - "IMAN" fintex-şirkətinin təsisçisi və direktoru (Özbəkistan);
✔ Zuxurşo Raxmatulloev - Alif Bank və fintex-şirkətin həmtəsisçisi (Tacikistan).